İnsanlara hürriyət, millətlərə istiqlal!

Kevinin “anası” vəfat etdi

Dünya kinosunun tanınmış simalarından biri, aktrisa Ketrin O’Hara 71 yaşında dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, aktrisa dünya şöhrətini “Evdə tək” filmində Kevin MakKallisterin anası Keyt MakKallister rolu ilə qazanmışdı.

Ketrin O’Hara uzun illər ərzində Hollivudun ən tanınmış simalarından biri kimi yadda qalıb. O, “Bitlcius”, “Best in Show” filmlərindəki rolları, həmçinin məşhur “Schitt’s Creek” serialında Moyra Rouz obrazı ilə böyük populyarlıq əldə edib.

Aktrisa karyerası boyunca bir sıra nüfuzlu mükafatlara, o cümlədən “Emmi” və “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR