İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş prezident yadplanetlilərlə qarşılaşmasından danışdı

Kalmıkiyanın və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) keçmiş prezidenti Kirsan İlyumjinov Kseniya Sobçakla müsahibəsində yadplanetlilərlə görüşlrindən və yerdənkənar sivilizasiyalardan danışıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İlyumjinov tanışlarının ondan müntəzəm olaraq yadplanetlilərin onun yanına nə vaxt gələcəyini soruşur və onları özü ilə aparmasını xahiş etdiklərini deyib. O, qeyd edib ki, bəziləri maddi vəziyyətlərinə baxmayaraq, adi qaydada davam edən həyatlarından beziblər və yeni bir şey görmək istəyirlər.

İlyumjinov həmçinin vurğulayıb ki, dünyanın ən böyük güclərindən biri hesab edilən ölkənin keçmiş liderlərindən biri guya əlaqəçilərdən olub. Keşmiş prezident onun adını çəkməkdən imtina edib.

ABŞ-nin sanksiya siyahısına salındıqdan sonra 2018-ci ildə İlyümjinov FİDE-dən ayrılıb. O, 2026-cı ilin yayında təşkilatın prezidentliyinə qayıtmaq istəyini bildirib.

Kirsan Nikolayeviç İlyumjinov 1962-ci ildə Kalmıkiyanın Elista şəhərində anadan olub. 23 aprel 1993-cü ildən 24 oktyabr 2005-ci ilə qədər Kalmıkiya Respublikasının prezidenti vəzifəsində işləyib. 24 oktyabr 2005-ci ildən 24 oktyabr 2010-cu ilə qədər Kalmıkiya Respublikasının rəhbəri postunu tutub. O, paralel olaraq Beynəlxalq Şahmat Federasiyasının prezidenti (1995–2018) vəzifəsini də icra edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR