İnsanlara hürriyət, millətlərə istiqlal!

Karakasda mitinq-yürüş - Maduroya azadlıq tələb olunur

Karakasın mərkəzində ABŞ-dan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin azad edilməsini tələb edən kütləvi gənclər yürüşü və mitinqi keçirilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Venesuela Birləşmiş Sosialist Partiyasının gənclər qanadının, ictimai hərəkatların və kommunaların minlərlə tərəfdarı milli bayraqlar, plakatlar və bannerlər daşıyaraq küçələrdə və meydanlarda yürüş edib, Maduro və Floresin azad olunmasına dair şüarlar səsləndiriblər.

"Venesuelalıların 90%-dən çoxu prezident Maduro və Siliya Floresin oğurlanmasını pisləyir", - deyə paytaxt hökumətinin başçısı Naum Fernandes mitinqdə bildirib. O, ölkədə sülhün və siyasi sabitliyin qorunmasının vacibliyini vurğulayıb. Fernandes nümayişdə iştirak edən minlərlə insana minnətdarlığını bildirib və "Maduronun Venesuela xalqının onu tərk etmədiyini görəcəyinə" əmin olduğunu bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR