Onlayn ictimai-siyasi qəzet
Kanada hakimiyyəti son bir ildir ki, ABŞ-ın hərbi işğalı ehtimalına hazırlaşır.
Musavat.com xəbər verir ki, bunu "The New York Times" qəzetinə verdiyi müsahibədə Kanadanın Baş naziri Mark Karni deyib.
O, belə bir ssenarinin ehtimal olunmadığını, lakin ölkəsinin suverenliyinə təhdid sayılacaq heç bir açıqlamanı diqqətdən kənarda qoymadığını bildirib.
Ondan Vaşinqton administrasiyasının rəhbəri Donald Trampın Kanadanın 51-ci Amerika ştatı olmasını istəməsi ilə bağlı açıqlamaları fonunda Ottavadakı rəsmilərin belə bir ehtimalı nəzərdən keçirib-keçirmədikləri soruşulub: "Düşünürəm ki, bu vəzifələrdə çalışan insanların hətta ən gözlənilməz ekstremal riskləri belə qiymətləndirmək məsuliyyəti var. Bu, sadəcə risk monitorinqidir. Bu, baza ssenarisi deyil, amma hazırlıq görməmək məsuliyyətsizlik olardı".
Kanadanın baş naziri ölkəsinin Amerikanın Starlink peyk rabitə sistemindən hərbi asılılığını azaltmaq istədiyini qeyd edib: "Starlinkə gəldikdə, biz mütləq şaxələndirməyəö gedəcəyik". Karni izah edib ki, Kanada bu sahədə Avropa ölkələri və Koreya Respublikası ilə əməkdaşlıq etməyi hədəfləyir.
Qəzet qeyd edir ki, Ottava 88 Amerika F-35 qırıcı təyyarəsi almaq planlarına yenidən baxmaq və Avropa istehsalçılarından alternativ təyyarələr sifariş etmək imkanını nəzərdən keçirir. Karni həmçinin qeyd edib ki, qlobal maliyyə sisteminin ABŞ dollarından güclü asılılığını qeyri-sabit hesab edir.
Eyni zamanda Kanadanın baş naziri Trampla münasibətlərini müsbət qiymətləndirir: "Mənim baxışımdan, bir-birimizə zəng edib müxtəlif məsələləri müzakirə edə biləcəyimiz mənada yaxşı münasibətlərimiz var".
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ