Onlayn ictimai-siyasi qəzet
Qusarda qumar oynayan kişi saxlanılıb.
Hadisə Xuray kəndində baş verib.
74 yaşlı Musa Fərəcov (şərti adla) kənd ərazisindəki kafedə digər 2 tanışı ilə birgə qumar oynayıb. 36 ədəd kart və 11 manat pul isə maddi sübut kimi götürülüb.
Faktla əlaqədar araşdırma aparılıb və həmin şəxslər barəsində müvafiq protokol tərtib olunub.
Musa Fərəcov özü məhkəmə iclasında iştirak etməyib. Lakin məhkəmə onun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab edib.
Məhkəmənin qərarı ilə o, 3000 manat miqdarında inzibati qaydada cərimələnib./Lent.az
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ