Onlayn ictimai-siyasi qəzet
Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırova "Çeçenistan Qəhrəmanı" adı verilib.
Musavat.com xəbər verir ki, bu barədə respublika hökumətinin sədri Maqomed Daudov öz "Telegram" kanalında məlumat paylaşıb.
M. Daudov Əhmədi mükafat alması münasibətilə təbrik edib və bu adın onun şəxsi xidmətlərinin layiqincə tanınması olduğunu bildirib.
Daudov paylaşımında bu sözləri qeyd edib: "Əhməd Ramzanoviç özünü Çeçenistan Respublikasının birinci prezidenti... Əhməd-Hacı Kadırovun komandasının layiq bir nümayəndəsi kimi təsdiqləyib".
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ