Onlayn ictimai-siyasi qəzet
Hazırda İsrail ərazisində vətəndaşlara kütləvi şəkildə SMS göndərilir.
Musavat.com xəbər verir ki, bu barədə telegram kanalları məlumat yayıb.
Mesajların ingilis dilində mətni belədir:
“We are coming, look at the sky at midnight” (“Biz gəlirik, gecəyarısı səmaya baxın”).
Ölkənin Milli Kibertəhlükəsizlik Xidməti bildirib ki, bu cür mesajlar vətəndaşlarda qorxu və çaşqınlıq yaratmaq məqsədilə yayılır. Hələlik rəsmi mənbələr heç bir real təhlükənin mövcud olmadığını vurğulayır və sakinləri panikaya qapılmamağa çağırır.
Ekspertlər hesab edirlər ki, bu tip kütləvi SMS yayımı “psixoloji əməliyyat” kimi qiymətləndirilə bilər və məqsədi sadəcə ictimaiyyətdə qorxu və təşviş yaratmaqdır.
İsrail vətəndaşlarına tövsiyə edilir ki, belə mesajlara etibar etməsinlər və yalnız rəsmi xəbər mənbələrindən məlumat əldə etsinlər.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ