Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu son iki gündə Livanda 150-dən çox hədəfə zərbə endirib.
Musavat.com xəbər verir ki, məlumatı İsrail Ordusunun mətbuat xidməti yayıb. Zərbələrin hədəfləri Livanın cənubunda Hizbullaha məxsus infrastruktur obyektləri olub. Bunlara silah anbarları, komanda məntəqələri və raket atıcıları daxildir.
Qeyd edək ki, 17 apreldən bəri İsrail və silahlı bölmələri Livanın cənubunda fəaliyyət göstərən Hizbullah arasında rəsmi atəşkəs qüvvədədir. Lakin iki tərəf Livan-İsrail sərhədi boyunca sərhəd bölgələrində müntəzəm olaraq zərbələr endirib.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ