Onlayn ictimai-siyasi qəzet
İsrail təyyarələri Livanın cənubuna çoxlu miqdarda zəhərli kimyəvi maddələr səpir, bitki örtüyünü məhv edir və insan sağlamlığına zərər vurur.
Musavat.com xəbər verir ki, bunu Livanın kənd təsərrüfatı naziri Nizar Hani ümum "Asharq Al Awsat"a verdiyi müsahibədə deyib: "Təhlükəli kimyəvi maddələrin intensiv istifadəsi torpağı yaxın gələcəkdə becərilməsi üçün yararsız hala salmaq və bununla da sakinlərin cənub bölgələrinə qayıtmasının qarşısını almaq məqsədi daşıyır".
Onun sözlərinə görə, laboratoriya testləri göstərib ki, püskürdülən maddə qlifosata bənzər selektiv olmayan herbisiddir.: "Onun kanserogen kimi təsiri bitki mühiti üçün son dərəcə təhlükəlidir və insan sağlamlığına mənfi təsir göstərir".
Qeyd edək ki, bir müddət əvvəl Livan prezidenti Cozef Aun BMT Təhlükəsizlik Şurasını İsrailin ətraf mühitə təcavüzünə qarşı tədbir görməyə çağıraraq vurğulayıb ki, "bu hərəkətlər səbəbindən sərhəd kəndlərinin sakinləri dolanışıqsız qalırlar." Dövlət başçısı Livan Xarici İşlər Nazirliyinə Kənd Təsərrüfatı, Ətraf Mühit və Səhiyyə nazirlikləri ilə əməkdaşlıq edərək "müvafiq beynəlxalq qurumlara şikayət etmək üçün sənədli dosye hazırlamağı" tapşırıb.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ