İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail açıqlamışdı, HƏMAS təsdiqlədi

Fələstin HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının lideri İzzəddin əl-Həddadın ölümünü təsdiqləyib.

Musavat.com xəbər verir ki, məlumat hərəkatın Telegram kanalında dərc edilib:  "İzzədin əl-Həddad İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində öldürülüb".

Hərəkat həmçinin iddia edir ki, əl-Həddadın həyat yoldaşı və qızı onunla birlikdə öldürülüb.

Qeyd edək ki, 15 mayda İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ın hərbi qanadının rəhbərinin öldürüldüyünü elan edib. O, zərbənin anklavın inzibati mərkəzi olan Qəzza şəhərini hədəf aldığını bildirdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR