İnsanlara hürriyət, millətlərə istiqlal!

İsfahanda PUA zavodu partladıldı - VİDEO

İranın İsfahan şəhərində pilotsuz uçuş aparatları istehsal edən müəssisəyə zərbə endirildiyi bildirilir.

Musavat.com xəbər verir ki, məlumatlara görə, ABŞ və İsrailin həyata keçirdiyi zərbələr zamanı İsfahanda yerləşən hərbi sənaye obyektləri, o cümlədən dron istehsalı ilə əlaqəli infrastruktur hədəfə alınıb. Hücum nəticəsində bir sıra hərbi obyektlərin ciddi zərər gördüyü qeyd olunur.

Məlumata əsasən, zərbələr İranın raket və hərbi texnologiya istehsalı potensialını zəiflətmək məqsədi daşıyır. Hədəflər arasında raket mühərrikləri istehsal edən müəssisələr, radar sistemləri və digər hərbi infrastrukturların da olduğu bildirilir.

İsfahan İranın hərbi və nüvə proqramı baxımından strateji əhəmiyyətli mərkəzlərindən biridir və burada müxtəlif müdafiə sənayesi obyektləri yerləşir. Bu səbəbdən şəhər son günlər regionda davam edən qarşıdurmada əsas hədəflərdən birinə çevrilib.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR