Onlayn ictimai-siyasi qəzet
Rusiya hakimiyyəti İrkutsk vilayətində baş qaldıran vəba epidemiyası barədə məlumatları gizlətməyə çalışır.
Musavat.com xəbər verir ki, məlumatı The Sun qəzeti yayıb.
Bildirilir ki, son məlumatlara görə, İrkutsk Tədqiqat İnstitutunda işləyən 28 yaşlı Daria Şipilova bubonik vəbanın ilk qurbanı olub.
Rusiyanın yoluxucu xəstəliklər üzrə baş həkimi Anna Popova vəziyyəti şəxsən araşdırmaq üçün artıq Moskvadan İrkutska gəlib. Buna baxmayaraq, o, hələlik heç bir açıqlama verməyib.
Mövcud məlumata görə, 189 nəfər təcrid olunub. Bunlardan 114-ü bir xəstəxanada, 63-ü digərində, 12-si isə Vəba Tədqiqat İnstitutundadır.
İrkutsk vilayətinin qubernatoru İqor Kobzev də konkret xəstəliyi ictimaiyyətə açıqlamaqdan imtina edib və onu yalnız "təhlükəli yoluxucu xəstəlik" adlandırıb. Jurnalistlər həmçinin bölgədəki kütləvi tədbirlərin ləğv edildiyini öyrəniblər.
Məlumatlara görə, qorxmuş sakinlərin kütləvi şəkildə almağa başladığı antibiotiklər İrkutsk vilayətindəki apteklərdən yoxa çıxıb, çatışmazlıq yaranıb. Qonşu Baykalsk sakinlərinə Şelexova səyahət etməkdən çəkinmək tövsiyə olunub. Bununla bağlı müvafiq rəsmi bildiriş sonradan silinb.
Rusiyalı epidemioloq Mixail Favorov artıq bu məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Popovanın İrkutskda şəxsi iştirakı vəziyyətin "dəhşətli və kritik" olması deməkdir.
O, həmçinin faktların genişmiqyaslı gizlədilməsinin hazırda davam etdiyini vurğulayıb.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ