İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana uçuşlar BAŞLAYIR - Həftədə 14 DƏFƏ...

Türk Hava Yolları 2026-cı ilin iyun ayından etibarən İstanbul–İrəvan istiqamətində həftədə 14-ə qədər uçuş həyata keçirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə İrəvanın Zvartnots hava limanının mətbuat xidməti məlumat yayıb.

Aviaşirkət martın 11-dən gündəlik uçuşlara başlayacaq, mayın 14-dən uçuş sayı həftədə 10-a, iyunun 15-dən isə 14-ə çatdırılacaq.

Qeyd edək ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç 2025-ci ilin dekabrında planlaşdırılan bu hava nəqliyyatını elan edib və bunu “daha bir irəliləyiş” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR