İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan “Zəngəzur dəhlizi”nin tikintisinə başlama tarixini açıqladı

Ermənistan Xarici İşlər Nazirliyi “Zəngəzur Dəhlizi”nin tikintisi ilə bağlı dəqiq vaxt çərçivəsini açıqlayıb.

Musavat.com xəbər verir ki, layihənin praktiki icra mərhələsi, o cümlədən tikinti işlərinə start verilməsi 2026-cı ilə planlaşdırılır.

XİN-in məlumatına görə, Ermənistan–ABŞ birgə müəssisəsi olan TRIPP Company Ermənistanda qeydiyyatdan keçiriləcək və zəruri infrastrukturun inkişafı hüququna malik olacaq. Bu çərçivədə avtomobil yollarının, neft və qaz kəmərlərinin, eləcə də optik lifli rabitə xətlərinin qurulması nəzərdə tutulur.

Nazirlik vurğulayıb ki, TRIPP layihəsi (Zəngəzur Dəhlizi) regional əlaqələrin artırılmasına yönəlmiş iri infrastruktur təşəbbüslərinin məntiqinə tam uyğundur. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və “Fars körfəzi – Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi ilə eyni konseptual xətt üzərində formalaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR