Onlayn ictimai-siyasi qəzet
Ermənistanla Azərbaycan arasında Rusiya mənşəli maye qaz və bitumun dəmir yolu ilə daşınması ilə bağlı razılıq əldə olunub.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında məlumat paylaşıb.
Nazirin sözlərinə görə, İran və Gürcüstan üzərindən logistika marşrutlarında yaranan problemlər fonunda Ermənistanda maye qaz qıtlığı yaranıb. Məhz bu səbəbdən hökumət alternativ marşrut kimi Rusiya istehsalı olan maye qazın Azərbaycan ərazisi ilə ölkəyə gətirilməsi qərarına gəlib.
Musavat.com

07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ