İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın sülhü əngəlləyən 10 generalı: 9-u məlum, biri...

Hörmüz boğazı ətrafında vəziyyət kritik olaraq qalır. Bu fonda ABŞ İranı, İran da Birləşmiş Ştatları atəşkəsi pozmaqda və sülh anlaşmasını ləngitməkdə ittiham etməkdədir. Vaxtaşırı hərbi eskalasiya da özünü göstərməkdədir. Son olaraq prezident Tramp İranı “məhv edəcəyi ilə” hədələyib. “İranın bütün hakim elitası məhv edildiyi üçün hazırda ölkəni hakimiyyətin üçüncü dərəcəli eşelonu, SEPAH-ın bəzi təqaüdçüləri və veteranları idarə edir. İndi onlar özlərini nəhəng və güclü siyasi rejim kimi göstərməyə çalışırlar. Mülki hakimiyyət isə ölkəni idarə etməkdən və qərar qəbul etməkdən faktiki olaraq uzaqlaşdırılıb”. Bunu israilli politoloq Svi Zilber Haqqin.az-a müsahibəsində deyib.

SEPAH-dan SƏRT XƏBƏRDARLIQ: "Müharibə bütün regiona yayılacaq, zərbə  vuracağıq" Gündəm24.az

Onun sözlərinə görə, bu ölkədə hakimiyyət SEPAH-ın 10 generalının əlində cəmləşib:

“Onlardan doqquzunun adını bilirik. Onuncusu naməlum olaraq qalır, amma düşünürəm ki, o, sonda müəyyən ediləcək. Bu hekayə hələ bitməyib, çünki İran xalqı hələ öz sözünü deməyib. Bu ilin yanvar ayında kütləvi etirazlar gördük. O vaxtdan bəri İranda heç nə yaxşılaşmadı.

Əksinə, vəziyyət xeyli pisləşib: böyük işsizlik, elektrik və su çatışmazlığı və ağlasığmaz inflyasiya. 90 milyon əhalinin yarısı yoxsulluq həddinin altında yaşayır və kasıb insanların rejimin ətrafında toplaşması üçün heç bir səbəb yoxdur. Bəli, hakimiyyət bəzi nümayişlər təşkil edir və özünə sadiqlərini mitinqlərə gətirir. Rejimin devrilməsi tarixi bir prosesdir və İran cəmiyyətinin daxilində baş verməlidir. Bu, hava zərbələri ilə həyata keçirilə bilməz. Əminik ki, İran xalqı yenidən küçələrə çıxacaq”.

İsrailli politoloq haqlımı? 10 generalı ABŞ və İsrail nədən indiyə qədər aradan götürə bilməyib?

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, israilli politoloqun müsahibəsində həm real müşahidələr, həm də fərziyyə xarakterli siyasi qiymətləndirmələr var: “Onun dediklərini tam həqiqət kimi deyil, İsrail təhlükəsizlik çevrələrinin baxışlarından biri kimi qəbul etmək daha doğru olar: “İsrailli politoloq Svi Zilberin fikirlərində müəyyən məntiq olsa da, onun səsləndirdiyi bəzi iddialar təsdiqlənmiş fakt kimi qəbul edilə bilməz. Birincisi, “İranın bütün hakim elitasının məhv edilməsi" iddiası mübahisəlidir. İranın siyasi sistemi yalnız hərbi rəhbərlərdən ibarət deyil. Burada prezidentlik aparatı, hökumət, parlament, məhkəmə sistemi, dini institutlar və təhlükəsizlik strukturları paralel fəaliyyət göstərir. Müharibə və ya zərbələr nəticəsində yüksək rütbəli şəxslər itirilə bilər, lakin bu, avtomatik olaraq dövlət idarəçiliyinin tam iflic olması demək deyil. İkincisi, "hakimiyyət 10 generalın əlindədir" fikri də daha çox siyasi qiymətləndirmədir. İran kimi qapalı sistemlərdə qərarların necə qəbul edildiyini dəqiq müəyyənləşdirmək çətindir. Açıq mənbələrdə hakimiyyəti idarə edən məhz 10 nəfərlik general qrupunun mövcudluğunu təsdiqləyən etibarlı məlumat yoxdur”.

ABŞ və İran son müharibə hazırlıqlarını tamamlayır... - Baki-Xeber.com

Politoloq qeyd edib ki, əgər belə generallar həqiqətən mövcuddursa, ABŞ və İsrailin onları niyə aradan qaldıra bilməməsinin bir neçə səbəbi ola bilər: “Kəşfiyyat məlumatlarının məhdudluğu səbəblərdən biri ola bilər və yüksək səviyyəli hərbi rəhbərlər ciddi mühafizə olunur. Onların yerini və hərəkətlərini dəqiq müəyyən etmək həmişə mümkün olmur. Belə şəxslərin öldürülməsi İranın daha sərt cavab verməsinə səbəb ola bilir. Bundan başqa, hər bir hədəf əməliyyatı beynəlxalq reaksiyalara səbəb olur. Hətta bir neçə generalın zərərsizləşdirilməsi İranın idarəetmə mexanizmini tam dağıtmaya bilər. İran uzun illərdir ehtiyat komanda strukturları və alternativ rəhbərlik mexanizmləri formalaşdırıb”.


Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR