İnsanlara hürriyət, millətlərə istiqlal!

"İranı bir gecədə məhv edərəm - bu, sabah gecə ola bilər" - Donald Tramp

ABŞ prezidenti Donald Tramp İrana qarşı son dərəcə sərt və açıq mesaj verib. Onun Ağ Evdə keçirdiyi brifinqdə səslənən “İranı bir gecədə məhv edərəm – bu, sabah gecə ola bilər” bəyanatı artıq adi siyasi ritorika deyil, konkret hərbi ultimatum kimi dəyərləndirilir.

Musavat.com xəbər verir ki, Tramp bu bəyanatla yanaşı İrana müəyyən vaxt da verdiyini açıqlayıb. Onun sözlərinə görə, bu müddət ABŞ vaxtı ilə 7 aprel saat 08:00 radələrində başa çatır. Bu isə faktiki olaraq Vaşinqtonun səbr limitinin bitdiyini və qərar anının yetişdiyini göstərir.

Məhz bu kontekstdə Trampın “bir gecədə məhv edərəm” ifadəsi beynəlxalq müşahidəçilər tərəfindən xüsusi narahatlıqla qarşılanıb. Analitiklər hesab edir ki, burada söhbət sadəcə konvensional hava zərbələrindən getmir. Əksinə, bu ifadə daha ağır və dağıdıcı ssenarilərin – o cümlədən taktiki nüvə silahından istifadə ehtimalının kodlaşdırılmış mesajıdır.

Ekspertlər xüsusilə İranın nüvə proqramının əsas dayaqları sayılan Fordo və Natanz obyektlərini mümkün əsas hədəflər kimi göstərirlər. Onların fikrincə, bu obyektlərin “birdəfəlik sıradan çıxarılması” üçün ən sərt variantlar – o cümlədən taktiki atom zərbəsi – real müzakirə predmetidir.

Belə bir ssenarinin reallaşması isə artıq yalnız İran üçün deyil, bütün region və dünya üçün yeni təhlükəli mərhələnin başlanğıcı ola bilər. Bu, Yaxın Şərqdə münaqişənin nəzarətdən çıxaraq qlobal miqyaslı qarşıdurmaya çevrilməsi riskini kəskin şəkildə artırır.

Hazırda bütün diqqətlər Trampın bu ultimatumdan sonra hansı addımı atacağına yönəlib. Vaxt bitib – növbəti mərhələ isə ya diplomatiya, ya da dağıdıcı hərbi zərbə olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR