Onlayn ictimai-siyasi qəzet
İran ordusu regionda müharibənin daha bir neçə il davam edəcəyi təqdirdə belə, raket və ya digər strateji materialların çatışmazlığı ilə üzləşməyəcək.
Musavat.com xəbər verir ki, bu iddia ilə İslam Respublikası Məclisinin (parlament) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi çıxış edib.
“Əgər müharibə aylar və ya illərlə davam edərsə, İran öz raket arsenalı və strateji imkanları ilə bağlı heç bir problemlə qarşılaşmayacaq”, - deyə iranlı deputat qeyd edib.
Onun sözlərindən "Al Mayadeen" telekanalı sitat gətirib.
Borucerdi bildirib ki, düşmən tərəf müasir silahlarına baxmayaraq, İran ordusunun müdafiə qabiliyyəti qarşısında məğlubiyyətə uğrayıb.
Musavat.com
30 Iyul 2026
02:59 FİFA ilə UEFA arasında tarixi qarşıdurma – Dünya çempionatı uğrunda 20 milyard dollarlıq savaş
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ