Onlayn ictimai-siyasi qəzet
ABŞ İranda 2011-ci ildə Müəmmar Qəddafinin öldürülməsindən sonra Liviyada baş verən hadisələrin təkrarlanmasına səbəb ola biləcək qarışıqlığın yaranmasını istəmir.
Musavat.com xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Fox News-a verdiyi müsahibədə deyib: "Biz İran kimi bir ölkəni, Obama administrasiyasının Qəddafinin devrildiyi və heç bir plan olmadığı Liviyada etdiyi kimi, qeyri-sabitləşdirmək istəmirik. Buna görə də, əlbəttə ki, gücümüzdən necə istifadə etməkdə ehtiyatlı olmalıyıq."
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ