İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İrana uçan təyyarə İstanbulda SAXLANILDI

İranın "Caspian Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi böyük maliyyə borcu səbəbindən İstanbul Hava Limanında uçuşdan dərhal əvvəl saxlanılıb.

Musavat.com xəbər verir ki, aviadaşıyıcının yerüstü xidmətlər və nəzarət üzrə fəaliyyət göstərən Türkiyənin "ACM Temsil Gözetim" (ACM Air Charter) şirkətinə təxminən 3 milyon avro borcu yaranıb.

Məbləğin ödənilməməsi səbəbindən kreditor məhkəməyə müraciət edib.

Məhkəmə xidmət göstərən şirkətin lehinə qərar çıxararaq, məcburi icra çərçivəsində hava gəmisinin saxlanılması barədə qətnamə qəbul edib.

EP-KPB qeydiyyat nömrəli "Boeing 737-524" tipli təyyarə uçuşöncəsi hazırlığı tamamlayıb, sərnişinlər göyərtəyə qəbul edilib və təyyarə İrana yola düşməyə hazır vəziyyətə gətirilib.

Ancaq son anda göyərtəyə gələn məhkəmə icraçıları və polis əməkdaşları müvafiq qərarı təqdim ediblər.

Nəticədə hava gəmisinin uçuşu bloklanıb, sərnişinlər isə baqajları ilə birlikdə təyyarədən endirilərək reyslərin gözləmə terminalına qaytarılıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR