İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfirindən Ermənistan AÇIQLAMASI: "Onların təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”

“İran bütün qonşu ölkələrlə hər sahədə əməkdaşlığı inkişaf etdirmək siyasəti yürüdür”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri yanvarın 20-də Sünik bölgəsində jurnalistlərlə söhbətində deyib.

“Ermənistan bizim qonşumuz və dost ölkəmizdir. Biz Ermənistanla münasibətlərimizi məhz bunun əsasında qururuq. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”, - deyə Abbas Bədəxşan Zohuri qeyd edib.

Səfirin sözlərinə görə, İİR-in mövqeyi həmişə beynəlxalq qanunlara uyğun olaraq bütün ölkələrin, o cümlədən Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməkdən ibarət olub:

“Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək".

İranlı diplomat, həmçinin bildirib ki, Tehran və İrəvan arasında yollar, iqtisadi əməkdaşlıq və s. ilə bağlı müxtəlif istiqamətlərdə işlər aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR