İnsanlara hürriyət, millətlərə istiqlal!

İran QAN içində: Üç SEPAH üzvü, bir idmançı ÖLDÜRÜLDÜ

İranın Sistan və Bəlucistan əyalətinin Gülşən rayonunda Yasir Nuşirəvani adlı yerli SEPAH komandiri və onun iki adamı öldürülüb. Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Onların naməlum silahlı şəxslərin hücumu nəticəsində öldürüldüyü bildirilib. Hələlik hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Tehranda keçirilən etiraz aksiyaları zamanı 21 yaşlı basketbolçu, İran böyüklər liqasının ən yaxşı oyunçusu və “Farzan Şemiran” komandasının hücumçusu Əhməd Xosrovani güllələnib. Bu barədə xarici media insan haqları təşkilatlarına istinadən məlumat yayıb. Məlumata görə, Xosrovani Tehran Texnologiya Universitetinin tələbəsi olub.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu deputat Elşad Musayevlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR