Onlayn ictimai-siyasi qəzet
İran İsrailin Fars körfəzindəki Cənubi Pars qaz yatağına zərbə endirməsindən altı ay sonra zədələnmiş istehsal gücünün 50 faizini bərpa etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumatı "Əl-Cəzirə" telekanalı yayıb.
İranın neft nazirinin müavini Əhməd Zeraatkar təmir olunmuş obyektlərdə istehsalın bərpa edildiyini və qalan zədələrin təmirinin davam etdiyini açıqlayıb.
Qeyd edək ki, Şimal/Cənubi Pars yatağı dünyanın ən böyük təbii qaz yatağıdır. O, mərkəzi Fars körfəzində, Qətər (Şimali Pars) və İran (Cənubi Pars) ərazi sularında yerləşir.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ