İnsanlara hürriyət, millətlərə istiqlal!

İran–Ermənistan hərbi yaxınlaşması: daha geniş təlimlər gündəmdə

Ermənistanla İran arasında hərbi əməkdaşlığın genişlənməsi ehtimalı gündəmə gəlib.

Musavat.com xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqulami jurnalistlərə açıqlamasında iki ölkə arasında gələcəkdə daha genişmiqyaslı hərbi təlimlərin keçirilə biləcəyini istisna etməyib.

Səfir bildirib ki, ötən il keçirilmiş birgə hərbi təlimlər mövcud əməkdaşlığın göstəricisidir və müdafiə sahəsində əlaqələr davam etdikcə bu cür tədbirlər daha böyük miqyas ala bilər. Onun sözlərinə görə, hazırda Ermənistanın müdafiə naziri Suren Papikyanın Tehrana rəsmi səfəri də münasibətlərin dərinləşdiyini göstərir. Diplomat qeyd edib ki, səfər əvvəlcədən planlaşdırılıb və tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyi müzakirə edəcəklər.

Şirqulami Ermənistan–İran sərhədini “sülh sərhədi” adlandıraraq vurğulayıb ki, iki ölkə arasında hərbi əməkdaşlıq tarixi əlaqələrə və sərhədlərin dəyişməzliyi prinsipinə əsaslanır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR