Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian ölkədə yüksək inflyasiya (38,9%) və rialın sürətlə dəyərdən düşməsi fonunda milli valyutanın denominasiyası barədə fərman imzalayıb.
Musavat.com xəbər verir ki, fərmana əsasən, köhnə və yeni pul vahidləri 3 il ərzində paralel şəkildə dövriyyədə olacaq. Bu müddət ərzində həm köhnə, həm də yenilənmiş əskinas və sikkələrdən istifadə etmək mümkün olacaq.
Denominasiya ölkə iqtisadiyyatında pul dövriyyəsinin sadələşdirilməsi və riala olan etibarın gücləndirilməsi məqsədi daşıyır.
Musavat.com
14 Iyul 2026
13 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ