İnsanlara hürriyət, millətlərə istiqlal!

İnterpol onu Avropada axtarırdı - Görün harada tapıldı - FOTO

İnterpolun qırmızı bülletenlə axtarışında olan Niderland vətəndaşı Gerrit Van Reusel Türkiyənin Antalya şəhərində keçirilən əməliyyat zamanı tutulub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, məlumata görə, Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən aparılan araşdırma nəticəsində Reuselin Antalyada gizləndiyi ev müəyyənləşdirilib. MİT, Antalya və İstanbul polisinin narkotiklərlə mübarizə bölmələrinin iştirakı ilə keçirilən birgə əməliyyat nəticəsində şübhəli saxlanılıb.

Reuselin Niderlandın Eyndhoven şəhərindən idarə etdiyi beynəlxalq cinayət şəbəkəsinin Avropaya narkotik daşınmasında əsas fiqurlardan biri olduğu bildirilir. Onun xaricdə qurulan laboratoriyalarda amfetamin istehsalını təşkil etdiyi və narkotiklərin Avropanın müxtəlif ölkələrinə göndərilməsini idarə etdiyi iddia olunur.

Araşdırmanın 2021-ci ildə Niderland-İsveç marşrutu üzrə həyata keçirilən üç ayrı narkotik daşınmasının qarşısının alınmasından sonra genişləndirildiyi qeyd edilir.

Reusel 2022-ci ildə Friziya bölgəsində laboratoriyaya keçirilən əməliyyat zamanı saxlanılıb. Məhkəmə prosesindən sonra 17 ay müddətinə həbs cəzası aldığı və nəzarətli sərbəstliklə azad edildiyi bildirilib.

Hazırda onun barəsində 10 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının olduğu və firari vəziyyətdə axtarıldığı qeyd edilir. Reuselin Antalya əməliyyatından sonra hüquqi prosedurlarının davam etdiyi bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR