İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Ərdoğanla telefonla danışdı

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib.

Türkiyə lideri söhbət zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin müsbət irəliləyişindən məmnunluğunu ifadə edərək, Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Ərdoğan bölgədə ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, həm də bölgə ölkələri üçün yeni bir ab-hava gətirəcəyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR