Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreya prezidenti Li Ce Myonq Ukrayna prezidenti Volodimir Zelenskini Şimali Koreyadan olan iki hərbi əsirin Seula köçürülməsi ilə bağlı məlumat dərc etdiyinə görə tənqid edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, Ukraynanın məxfilik razılaşmasını pozduğunu iddia edib.
Zelenski BMT Baş Assambleyasındakı çıxışı zamanı iki məhbusun köçürülməsini elan edib. Daha sonra Li Ce Myonq Seul və Kiyevin bu məlumatı açıqlamamaq barədə razılığa gəldiyini bildirib.
Cənubi Koreya prezidenti Ukrayna tərəfinin qərarını "təəssüf doğurucu" adlandırıb. O, məsələnin təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də diplomatiyaya, milli təhlükəsizliyə və Koreya yarımadasındakı vəziyyətə aid olduğunu söyləyib.
Li izah edib ki, Cənubi Koreya hakimiyyəti məhbusların gəlişi barədə qəsdən susub, çünki bu, KXDR-dəki hərbçilərin özləri və ailələri üçün də daxil olmaqla əlavə risklər yarada bilərdi.
Ukrayna Prezidentinin Ofisi Kiyevin prosesin heç bir təfərrüatını açıqlamadan yalnız iki Şimali Koreya vətəndaşının köçürülməsini elan etdiyinə cavab verib. Ukrayna tərəfi həmçinin bildirib ki, belə bir köçürülməni tamamilə gizlətmək qəribə olardı.
Ukrayna qüvvələri 2025-ci ilin yanvar ayında Kursk bölgəsində iki Şimali Koreya hərbçisini əsir götürmüşdülər. Daha sonra onlar Cənubi Koreyaya köçmək istədiklərini bildiriblər, bundan sonra Seul və Kiyev onların köçürülməsini müzakirə edib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ