Onlayn ictimai-siyasi qəzet
"Galatasaray"ın ulduz futbolçusu Mauro Ikardi sevgilisi Çina Suárez ilə paylaşdığı son foto səbəbindən sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, cütlüyün Maldiv adalarındakı istirahətindən yayımlanan görüntülər qısa müddətdə böyük maraq doğurub.
Bir müddətdir gözlərdən uzaq şəkildə istirahət edən İkardi və Çina Suárez romantik anlarını izləyiciləri ilə bölüşməkdə davam edirlər. Futbolçunun son paylaşımı isə digər fotolardan daha çox diqqət çəkib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Maldivlərdən yayımlanan şəkillərdə cütlüyün birlikdə keçirdiyi xoş anlar əks olunub. İzləyicilərin bir qismi paylaşımı dəstəkləyərək cütlüyə xoş arzularını çatdırsa da, digər qisim istifadəçilər fotonun paylaşılmasını tənqid edib.
Sosial mediada geniş rezonans doğuran paylaşım qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb.
Könül
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ