İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Tatlısəsə güllə yağdıran şəxs həbsxanadan çıxdı

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsə 2011-ci ildə təşkil olunmuş silahlı basqının təşkilatçısı kimi azadlıqdan məhrum edilən Abdulla Uçmaq Adanada dünyasını dəyişən qaynının dəfn mərasimində iştirak etmək üçün müvəqqəti icazə ilə cəzaçəkmə müəssisəsindən buraxılıb.

Musavat.com xəbər verir ki, Uçmaq qaynı Bilal Bayrakçının dəfnində iştirak etmək məqsədilə xüsusi müraciət edib və icazə aldıqdan sonra Adananın Kozan rayonuna gətirilib.

Dəfn mərasiminin keçirildiyi ərazidə jandarma və polis əməkdaşları tərəfindən genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.

Gücləndirilmiş təhlükəsizlik rejimində dəfn namazında və mərasimdə iştirak edən Uçmaq proses başa çatdıqdan dərhal sonra cəzaçəkmə müəssisəsinə qaytarılıb.

HADİSƏ NECƏ BAŞ VERMİŞDİ?

İbrahim Tatlıses saldırısının azmettiricisi Abdullah Uçmak özel izinle cezaevinden çıkarak cenazeye katıldı

İbrahim Tatlısəs 14 mart 2011-ci il tarixində gecə saatlarında "İbo Show" verilişinin çəkilişindən sonra İstanbulun Maslak ərazisindəki "Nurol Plaza"dan çıxarkən silahlı hücuma məruz qalmışdı. Avtomat silahla həyata keçirilən hücum zamanı başının sağ tərəfindən güllə yarası alan Tatlısəs ağır yaralanmışdı.

Hadisə zamanı Tatlısəsin köməkçisi Buket Çakıcı da yaralanmış, avtomobilin sürücüsü Hakan Çalışkan isə hücumdan xəsarətsiz qurtulmuşdu. İstintaq və məhkəmə prosesində hücumun təşkilatçısı olduğu müəyyən edilən Abdulla Uçmaq uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu.

Qeyd edək ki, Uçmaq 2026-cı ilin yanvar ayında da Tekirdağ Cəzaçəkmə Müəssisəsindən xüsusi icazə ilə çıxaraq Osmaniyənin Kadirli rayonunda yaxın qohumunun dəfn mərasiminə qatılmışdı.

Musavat.com

İbrahim Tatlıses saldırısının azmettiricisi Abdullah Uçmak özel izinle cezaevinden çıkarak cenazeye katıldı

İbrahim Tatlıses saldırısının azmettiricisi Abdullah Uçmak özel izinle cezaevinden çıkarak cenazeye katıldı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR