İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilərin hücumundan sonra alovlanan gəmi Yəmən sahillərində batır

Britaniya Hərbi Dəniz Qüvvələri husilərin hücum etdiyi ticarət gəmisinin alovlandıqdan sonra Yəmən sahillərində batdığı ilə bağlı məlumat yayıb.

Böyük Britaniyanın Dəniz Ticarət Koordinasiya Mərkəzinin (UKMTO) saytında verilən məlumata görə Yəmən sahillərində husilərin hücumu nəticəsində iyunun 13-ü alovlanan ticarət gəmisi yanmağa davam edir və batmaq üzrədir.

Məlumatda həmçinin gəminin ekipajının gəmini təxliyə etdiyi bildirilir.

Gəmi hazırda Cibutidən 55,6 km şimal-şərqdə batmaqdadır. Gəminin hansı ölkəyə aid olması ilə bağlı isə heç bir məlumat verilmir.\\APA 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2024

21 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR