İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüzlə bağlı xəbərlər neft bazarında əhvalı dəyişdi

ABŞ-la İranın Hörmüz boğazından keçid məsələsində razılaşmaya yaxın olmasına dair xəbərlər dünya neft bazarında qiymətlərin kəskin enişinə səbəb olub.

Musavat.com xəbər verir ki, Londonun ICE birjasında Brent etalon neftinin qiyməti 2 dollardan çox ucuzlaşaraq 79 dollardan aşağı düşərək 78,2 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti isə 1,5 dollar ucuzlaşaraq 75 dollardan aşağı düşüb.

Bu gün tərəflər Hörmüzlə bağlı razılaşmanın rəsmən elan etsələr, qiymətlərin daha aşağı həddə düşəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR