İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüzdən hər gün 8-9 milyon barel neft keçir – ABŞ energetika naziri

Hər gün Hörmüz boğazından 8-9 milyon barel neft dünya bazarına çıxarılır.

Musavat.com xəbər verir ki, bunu ABŞ Energetika Naziri Kris Rayt Fox News-da deyib: "Hörmüz boğazından hər gün keçən 8-9 milyon bareldən söhbət gedir".

"The Wall Street Journal" qəzeti əvvəllər peyk məlumatlarına istinadən iyul ayında boğazdan gündə orta hesabla 26 gəminin keçdiyini bildirmişdi ki, bu da münaqişədən əvvəlkindən beş dəfə azdır. Lakin 11 avqustda boğazdan yalnız 14 gəmi keçib. Raytın sözlərinə görə, bu məlumat həqiqətə uyğun deyil: "Kommersiya peyk şirkətləri əla bizneslərdir, lakin hazırda bura münaqişə zonasıdır və real olaraq nələrin baş verdiyini görmək çətindir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR