İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüzdə yeni gərginlik neft qiymətlərinə təsir etdi

Hörmüz boğazında biri neft tankeri olan iki ticarət gəmisinin İran tərəfindən vurulması bölgədə yenidən gərginləşmə ehtimalı yaradıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın İrana cavab zərbəsi endirməsi gözləntiləri dünya neft bazarında qiymətlərin artmasına səbəb olub.

Londonun ICE birjasında Brent neftinin sentyabr fyuçersləri 0,54 dollar bahalaşmaqla 72,53 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin avqust fyuçersləri isə 0,50 dollar artmaqla 69,20 dollara ticarət olunub.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR