Onlayn ictimai-siyasi qəzet
Ermənistanda yerləşən “Vardaşen” həbsxanasında müəmmalı hadisə baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Cinayət-İcra Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Müəssisədə aparılan növbəti yoxlama zamanı ümumi rejimdə cəza çəkən məhkumun yerində olmadığı aşkarlanıb.
Hazırda qaçan şəxsin tapılması üçün genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ