Onlayn ictimai-siyasi qəzet
Şənbə günü, oktyabrın 3-də Kişinyov Beynəlxalq Hava Limanında növbəti dəfə bomba xəbərdarlığı səbəbindən həyəcan siqnalı çalınıb. Daxil olan təhlükə siqnalı ilə əlaqədar sərnişinlər və hava limanının heyəti dərhal binadan təxliyə olunub.
Musavat.com xəbər verir ki, bu barədə "Evropeyskaya pravda" nəşri məlumat yayıb.
Məlumata görə, təxliyə barədə xəbərdarlıq şənbə günü yerli vaxtla saat 15:08-də (Bakı vaxtı ilə 16:08) verilib. Hadisə yerinə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı briqadaları cəlb olunub, sərnişinlərin qeydiyyatı və uçuş prosedurları müvəqqəti olaraq dayandırılıb.
Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 17:00) hava limanının administrasiyası xüsusi xidmət orqanları tərəfindən aparılan yoxlamaların yekunlaşdığını və bomba təhlükəsinin təsdiqlənmədiyini bildirib.
Axtarışlar başa çatdıqdan sonra terminalın fəaliyyəti bərpa olunub, sərnişinlərin binaya girişinə və təyyarələrə minik prosedurlarına yenidən icazə verilib. Aeroport rəhbərliyi sərnişinlərə uçuş statuslarını onlayn lövhədən izləməyi və heyətin təlimatlarına riayət etməyi tövsiyə edib.
Qeyd edək ki, analoji bomba xəbərdarlığı oktyabrın 2-də də daxil olmuş, sərnişinlər təxliyə edilsə də, məlumatın yalan olduğu ortaya çıxmışdı.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ