İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın baş nazirini öldürsələr...

İrakli Kobaxidze deyib ki, Avropa Birliyinin komissarlarından biri ilə telefon danışığı zamanı ona sui-qəsdə məruz qalmış Slovakiyanın baş nazirinin taleyini xatırladıb-işin arxasında Makron varmı?

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirəyə başladıqdan bəri Tiflisdə etiraz aksiyaları aralıqlarla davam edir. Mayın 24-də paytaxtın Azadlıq meydanından Daxili İşlər Nazirliyinə qədər yenə yürüş təşkil olunacaq. Onlar aksiyalarda bütün saxlanılanlarla və yaralananlarla həmrəylik ifadə edəcəklər. 

Screenshot_7.png (747 KB)

Eyni gündə Avropa Şurası Parlament Assambleyası da Vilnüsdə “Gürcüstanda demokratiyaya təhlükə” mövzusunda müzakirələr aparacaq. Parlamentin üçüncü oxunuşda qəbul etdiyi qanuna veto qoyan Salome Zurabişvili isə bir neçə gün əvvəl fransalı həmkarı Emmanuel Makronu mayın 26-da- Gürcüstanın Müstəqillik Günündə ölkəsində gözlədiyini bəyan edib. Başı Fransandan 16 min kilometr aralıda yerləşən koloniyasındakı etirazları yatırmağa qarışmış Makronun Tiflisdə necə “qayda-qanun” yaradacağı sual doğurur. 

Screenshot_6.png (1.10 MB)

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə bu gün senasion açıqlama verib. O deyib ki, Avropa Birliyinin komissarlarından biri ilə telefon danışığı zamanı Qərbin mümkün sanksiyaları şantajından sonra onu açıq təhdid də edib. Belə ki, Kobaxidzeyə sui-qəsdə məruz qalmış Slovakiyanın baş nazirinin taleyini xatırladıb, “Fitso ilə nə baş verdiyini gördünüz və diqqətli olmalısınız” deyib. Baş nazirin fikrincə, xaricdə Gürcüstanı Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışan siyasətçilərin birləşdiyi “müharibə partiyası” var. Gürcüstanla bağlı bütün prosesi də onlar idarə edirlər. Əlbəttə, söhbət ABŞ-dan və Avropa Birliyindən gedir. Gürcüstanda yeni qanun legitimləşsə, ölkəyə axan dollar və avrolara nəzarət olacaq. Qərbin Gürcüstandakı davasının, dirənişinin mahiyyəti və səbəbi budur.

Bu arada Gürcüstanın baş prokuroru İrakli Şotadzenin istefası da diqqət çəkib. Onun sözlərinə görə, qərar həkimlərlə məsləhətləşmələrdən sonra verib və səhhətinin pisləşməsi ilə bağlıdır. Hazırda xaricdə müalicə olunan 41 yaşlı baş prokuror istefa məktubunu artıq parlamentə təqdim edib. Müxalifət isə bu istefanı hakim “Gürcü Arzusu”sunda parçalanma kimi izah ediblər. 

Screenshot_5.png (951 KB)

Bir daha qeyd edək ki, Gürcüstanın qəbul etdiyi qanunda “xarici agent” ifadəsi ümumiyyətlə, yoxdur. Gürcüstan parlamentinin qəbul etdiyi qanunda “xarici gücün maraqlarını güdən təşkilatlardan” söhbət gedir. “Xarici gücün maraqlarını təşviq edən təşkilatlar” dedikdə, Gürcüstan qanunvericiliyi QHT-ləri, həmçinin çap mediasına və internet domenlərinə sahib olan “yayımçılar” və hüquqi şəxsləri nəzərdə tutur. Yəni bu qanun heç bir halda, fiziki şəxslərə şamil edilə bilməz. Rusiya Ədliyyə Nazirliyinin “xarici agent” siyahısında fiziki şəxslərin sayı iki yüzə yaxınlaşan və mütəmadi olaraq yenilənir.

İl ərzində xarici mənbələrdən, o cümlədən, Rusiyadan nağd pul və ya köçürmələri şəklində “qeyri-kommersiya gəlirinin” 20 faizindən çoxunu əldə etmiş istənilən QHT “xarici gücün maraqlarını güdən təşkilat” kimi qeydiyyata alınmalıdır. Qanunda konkret olaraq qeyd edir ki, buraya 20 faizə müqavilələr üzrə əldə edilən kommersiya gəlirləri daxil deyil. Ekspertlərə görə, bu, "yayımçılar" və media sahibləri üçün son dərəcə vacibdir. Rusiyada isə əksinə, istənilən xarici dəstək alan təşkilat "xarici agent" adlandırmaq üçün kifayətditr.
Məsələn, Rusiyada “xarici agentlərə” aşağıdakılar qadağandır:

Bütün səviyyələrdə hakimiyyət orqanlarında vəzifə tutmaq üçün namizəd olmaq;
dövlət vəzifələrində işləmək, seçki komissiyalarının üzvü olmaq və seçki kampaniyalarında iştirak etmək;
dövlət sirri tələb edən sahədə fəaliyyət ;
korrupsiyaya qarşı mübarizə və ekoloji qiymətləndirmələrdə iştirak etmək;
kütləvi tədbirlər təşkil etmək;
pedaqoji fəaliyyətlə məşğul olmaq;
dövlət satınalmalarında iştirak etmək;
dövlət tərəfindən maliyyə və digər əmlak dəstəyi almaq;
reklamdan gəlir əldə etmək;
sadələşdirilmiş vergi sistemindən istifadə etmək və s.

Gürcüstanda qəbul edilən qanunda izahat hissəsində bilavasitə qeyd edilir: “Qanun layihəsinin məqsədi xarici təsirin şəffaflığını təmin etməkdir. Bu qanunvericilik aktının yalnız məlumatlandırma məqsədinə xidmət etməsi və onların maraqlarını güdən təşkilat kimi qeydiyyatdan keçmiş subyektləri məhdudlaşdırmaması vacibdir”. ABŞ-ın və Avropa Birliyinin “rus qanunu” deyə iddia etdiyi qanun göründüyü kimi kifayət qədər fərqlidir.

Qərb Saakakaşvili dövründə az qala “çiynində oturduğu ” Gürcüstanı itirməmək üçün hələ cəhdlər edəcək.

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR