İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Əbu-Dabidə: Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları BAŞLADI

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya, ABŞ nümayəndələrinin üçtərəfli görüşü başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə BƏƏ xarici işlər naziri Abdulla bin Zaid Al Nahyan bildirib.

"Danışıqlar bu gün Əbu-Dabidə başlayıb. Cədvələ görə, onlar iki gün davam edəcək", - məlumatda deyilib.

***

15:15

Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqlar başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

"Ukrayna, Rusiya və ABŞ arasında sülh danışıqları artıq Əbu-Dabidə başlayıb", - məlumatda deyilir.

Telekanal qeyd edir ki, bu danışıqlar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tərəflər arasında keçirilən ilk birbaşa üçtərəfli görüşdür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR