İnsanlara hürriyət, millətlərə istiqlal!

Görünməmiş addım atdı: 1000 ton qızıl ALDI

Yüksək investisiya tələbatı fonunda Çinin qızıl idxalı 1000 tonu ötüb.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi gömrük məlumatlarına istinadən bildirib.

Məlumata görə, 2026-cı ilin yanvar-avqust ayları ərzində qiymətli metalın satınalma həcmi 1000 tondan çox olub.

Bu göstərici artıq bütün 2025-ci il üzrə idxal həcmini geridə qoyub.

Çin dünyada ən böyük qızıl alıcısıdır. "Jinrui Futures" şirkətinin analitiki Tszıtsze U bildirib ki, yüksək investisiya tələbatı Çinin daxili bazarında qızılın qiymətini dünya göstəricilərindən bir qədər yüksək səviyyədə saxlayır ki, bu da qiymətli metalın idxalını stimullaşdırır.

Bununla yanaşı, daxili bazarda idxalın artmasına dünya bazarında qızılın ucuzlaşması və yuanın dollara nəzərən məzənnəsinin möhkəmlənməsi də təkan verib. Analitik qeyd edib ki, yuanın ilin əvvəlindən mövqeyini güclü saxlaması qızıl idxalı üçün əlverişli şərait yaradır və tənzimləyici qurumlara ölkəyə qiymətli metal gətirilməsi üzrə kvotaları artırmağa imkan verir.

Şanxay Qızıl Birjasının məlumatına görə, avqust ayında Çinin birja investisiya fondları (ETF) qızıla olan fiziki yatırımlarını 44 ton artırıblar ki, bu da ilin əvvəli ilə müqayisədə 18% çoxdur. Müqayisə üçün qeyd edək ki, eyni dövr ərzində qızıl ilə təmin edilmiş qlobal ETF-lərə kapital axını demək olar ki, dəyişməz qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR