Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya regionda hərbi münaqişə təhlükəsi səbəbindən İrandakı səfirliyinin işçilərini təxliyə edib.
Musavat.com xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunmuş açıqlamada bildirilir.
"Britaniyalı işçilər müvəqqəti olaraq İrandan geri çağırılıb. Səfirliyimiz uzaqdan fəaliyyətini davam etdirir", - deyə məlumatda bildirilir.
Yanvar ayında ABŞ xəbərdarlıq edib ki, Tehran danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan "ədalətli razılaşma"ya çatmasa, güc tətbiq etməyə ciddi şəkildə hazırdır.
İran hakimiyyəti isə dəfələrlə nüvə bombası hazırlamaq niyyətində olmadığını bildirib.
Pentaqon iki aviadaşıyıcı zərbə qrupu da daxil olmaqla, Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləşdirib. 19 fevralda ABŞ administrasiyası İranla razılığa gəlmək üçün maksimum 15 gün vaxt verəcəyini açıqlayıb.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ