Onlayn ictimai-siyasi qəzet
Növbəti iki gün ərzində 12-13 iyun tarixlərində Yer kürəsində geomaqnit şəraitin dəyişəcəyi proqnozlaşdırılır. Buna səbəb Günəşdə müşahidə olunan koronal dəlik və zəif plazma axınıdır.
Rusiya Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, 11 iyunda baş verən günəş partlayışı nəticəsində yaranan hissəcik axını 13 iyunda Yerə çata bilər.
Mütəxəssislər bildirirlər ki, hər iki hadisə ayrı-ayrılıqda zəif olsa da, birlikdə G1 səviyyəli maqnit qasırğası yarada bilər. Bu isə minimal olsa da, Yerin maqnit sahəsində dəyişikliklərə səbəb ola bilər.
Ümumilikdə isə iyun ayı indiyədək nisbətən sakit geomaqnit aktivliklə xarakterizə olunur və yaxın günlərdə ciddi dalğalanma gözlənilmir.
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ