İnsanlara hürriyət, millətlərə istiqlal!

General Musəvi elan etdi: İran bu dəhşətli raketləri İsrailə atdı...

İran İsrail ərazisinə münaqişə başlayan gündən ən güclü zərbəni endirdiyini iddia edib.

Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı general-mayor Məcid Musəvi bildirib ki, İsraildəki hədəflərə ümumilikdə 30 “superağır” ballistik raket buraxılıb. Onun sözlərinə görə, raketlərin hər birinin çəkisi təxminən 1–2 ton olub.

Musəvi iddia edib ki, həyata keçirilən zərbə nəticəsində İsrailin aerokosmik müşahidə və nəzarət sistemlərinin əsas elementləri sıradan çıxarılıb. O, bu hücumu “indiyədək rejimə qarşı həyata keçirilmiş ən güclü operativ zərbə” kimi qiymətləndirib.

SEPAH rəsmisi əlavə edib ki, hücumdan sonra İsrail səmasının yeni bir hissəsi artıq İranın nəzarəti altındadır.

Qeyd edək ki, İsrail tərəfi hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib. Müstəqil mənbələr də hücumun nəticələri barədə məlumatı təsdiqləməyib.

Nigar Həsənli
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR