Onlayn ictimai-siyasi qəzet
Mercedes şirkəti pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün xüsusi təyinatlı yeni G-klass “Gelandewagen” hazırlayır.
Musavat.com xəbər verir ki, şirkət bu məqsədlə Almaniyanın Tytan Technologies startapı ilə əməkdaşlıq etməyi planlaşdırır. Layihə çərçivəsində 40 kilometrədək məsafədə fəaliyyət göstərə bilən dron-tutucu sistemlərdən istifadə olunacaq. Həmin dronlar artıq Almaniya və Ukrayna ordularında tətbiq edilir.
Mercedes layihədə platforma rolunu oynayacaq və G-klass yolsuzluq avtomobillərini dronların buraxılış və idarəetmə sistemləri ilə təchiz edəcək.
Gələcəkdə belə maşınların qrup halında fəaliyyət göstərməsi, onların isə Mercedes Sprinter bazasında yaradılacaq mobil komanda məntəqəsindən idarə olunması nəzərdə tutulur.
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ