İnsanlara hürriyət, millətlərə istiqlal!

"G20" sammitində tarixi görüş ehtimalı: Zelenski Putini və Trampı eyni masaya dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında Mayamidə keçiriləcək "G20" sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp ilə üçtərəfli görüşün keçirilməsini istisna etmədiyini bildirib.

Musavat.com xəbər verir ki, Ukrayna lideri bu formatda keçiriləcək danışıqların real nəticələr verə biləcəyini vurğulayıb.

Zelenskinin sözlərinə görə, üçtərəfli görüş formatını amerikalı tərəfdaşlar təklif ediblər. O qeyd edib ki, Donald Trampla yanaşı, Avropa ölkələrinin, Çinin, Hindistanın və Yaxın Şərq dövlətlərinin nümayəndələrinin də prozesə cəlb olunması məhsuldar sülh danışıqları üçün lazımi şərait yarada bilər.

Ukrayna dövlət başçısı əlavə edib ki, əgər belə bir format üzrə rəsmi razılıq əldə olunarsa, Kiyev bu təşəbbüsü mütləq dəstəkləyəcək və sammitdə iştirak edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR