İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolda tarixi ilk: DÇ-2026-nın çempionlarına üzük veriləcək

Futbol tarixində ilk dəfə olaraq, 2026-cı il Dünya Çempionatının qaliblərinə xüsusi çempionluq üzükləri təqdim ediləcək.

Musavat.com xəbər verir ki, FİFA bu tarixi hadisə üçün xüsusi olaraq simvolik sayda — cəmi 2026 ədəd çempionluq üzüyü hazırlatdırıb.

Üzüklərin böyük hissəsi hərraca çıxarılacaq.

Yaradılan eksklüziv kolleksiyanın paylanma şərtləri də artıq bəllidir:

Qaliblər üçün: Hazırlanmış üzüklərdən yalnız 30 ədədi builki dünya çempionatının qalibi olacaq komandanın üzvlərinə (futbolçular və məşqçi heyəti) təqdim ediləcək.

Kolleksionerlər üçün: Yerdə qalan üzüklər isə satışa buraxılacaq və xüsusi varlı alıcılar üçün təşkil olunacaq hərraclarda onlayn formata çıxarılacaq.

Qeyd edək ki, çempionluq üzüklərinin təqdim edilməsi ənənəsi bura qədər əsasən ABŞ-ın peşəkar idman liqalarında (NBA, NFL) tətbiq olunsa da, FİFA bu addımla dünya futbolu tarixinə yeni bir səhifə yazmış olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR