Onlayn ictimai-siyasi qəzet
Respublikaçıların əsas ştatı hesab edilən Texasda tərəfdarları qarşısında çıxışının ilk 45 dəqiqəsində ABŞ Prezidenti Donald Trampın sözü etirazçılar tərəfindən 12 dəfə kəsilib.
Musavat.com Ağ Evin mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir ki, etirazçılar zaldan çıxarılıblar.
Bir etirazçı qandallı şəkildə polis tərəfindən çıxarılıb. Digərləri isə qandalsız və ya təkbaşına buraxılıb. Trampın tərəfdarı zaldan çıxarkən etirazçılardan birinə hücum edib.
Tramp isə etiraz edənlərin pulla göndərildiyini deyib: "Bunlar pullu etirazçılardır. Onlara ölkəmizin düşmənləri pul ödəyir. Sizə deyirəm ki, onlara bunun üçün pul ödənilir".
Daha sonra o, zaldan zorla çıxarılan etirazçıdan danışıb: "O, hazırda anasının yanına qayıdır. Və o, hətta anasının Trampa səs verdiyini də bilmir".
Bundan sonra onun çıxışı15 dəqiqə ərzində beş dəfə kəsilib: "Əgər başqa kimsə etiraz edirsə, xahiş edirəm əlinizi qaldırın və buradan rədd olun".
Dövlət başçısı Demokratları çıxışına belə nümayişçiləri göndərməkdə günahlandırıb: "Mavi (Demokratların rəngi – red.) hakimiyyətə gələndə hər şey çirklənir. Küçələr çirklidir.
Mağazaların qapı tutacaqları çirklidir. Səkilər iyrənc dərəcədə çirklidir. Hər şey çirklənir və pis qoxuyur. Amma biz bütün bu qanunsuzluqdan və korrupsiyadan qurtulacağıq".
O, Demokratların ştatda hakimiyyətə gələcəyi təqdirdə "Texasın demək olar ki, dərhal məhv olacağını" bəyan edib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ