Onlayn ictimai-siyasi qəzet
Margus Tsahkna Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibəsində NATO-nun mümkün Rusiya aqressiyasına cavab planları ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Estoniyanın xarici işlər naziri Moskvanın hücumu halında müttəfiqlərin yalnız müdafiə ilə kifayətlənməyəcəyini bildirib. Onun sözlərinə görə, döyüş əməliyyatlarının Rusiya ərazisinə keçirilməsi variantı da nəzərdən keçirilir.
Nazir açıq şəkildə bəyan edib: “Sadəcə müdafiə olunmayacağıq — müharibə Rusiya torpağına daşınacaq”.
Tsahkna eyni zamanda Vladimir Putin ilə konkret plan olmadan aparılan danışıqları yanlış addım kimi qiymətləndirib. Onun fikrincə, Kremlə xüsusi nümayəndələrin göndərilməsi Avropa İttifaqının mövqeyini zəiflədir və Ukraynanın maraqlarına zərbə vurur.
Estoniya XİN rəhbəri qeyd edib ki, bu cür yanaşma əvvəlki onilliklərin uğursuz siyasətinin təkrarından başqa bir şey deyil və Avropa təhlükəsizlik arxitekturası üçün risklər yaradır.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ