Onlayn ictimai-siyasi qəzet
Türkiyəli xəbər aparıcısı Erhan Çelikin boşanma prosesində olduğu həyat yoldaşı, 48 yaşlı Op. Dr. Özlem Gültekin vəfat edib.
Gültekinin ölüm xəbəri onun sahibi olduğu klinikanın sosial media hesabında paylaşılıb. Açıqlamada uzun illər ərzində çox sayda qadın və ananın həyatına toxunan həkimin vəfatından duyulan kədər ifadə olunub.
Erhan Çelik və Özlem Gültekin 2019-cu ildə ailə qurublar. Cütlüyün Ali Boran adlı oğlu 2020-ci ildə dünyaya gəlib. Bir müddət əvvəl aralarında fikir ayrılıqları yarandığı bildirilən cütlüyün qarşılıqlı şəkildə boşanma davası açdığı və məhkəmə prosesinin davam etdiyi qeyd olunurdu.
Gültekinin vəfatı ilə bağlı verilən məlumata görə, onun cənazəsi 14 avqust, cümə günü, ikindi namazından sonra Karşıyaka Bostanlı Beşikçioğlu məscidindən yola salınacaq. O, Örnekköy qəbiristanlığında dəfn ediləcək.
Həkimin ölüm səbəbi hələlik açıqlanmayıb. Erhan Çelik də hadisə ilə bağlı indiyədək hər hansı açıqlama verməyib.
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ