İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçi Türkiyəyə GEDİR

İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 30-da Türkiyəyə səfər edəcək. Onun türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının əsas mövzusu İslam Respublikasındakı vəziyyət olacaq.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.

"Əraqçi ilə görüşdə nazir Fidan Türkiyənin İrandakı son hadisələri yaxından izlədiyini və qonşu ölkədə təhlükəsizliyin, sülhün və sabitliyin onun üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edəcək", - Xarici İşlər Nazirliyindən bildirib. 

Onlar əlavə ediblər ki, Fidan iranlı həmkarına Ankaranın İrana hərbi müdaxiləyə qarşı olduğunu bir daha təkrarlayacaq və bu cür addımların regional və qlobal səviyyələrdə yaratdığı risklərə diqqət çəkəcək.

"Həmçinin Türkiyənin mövcud gərginliyin dialoq yolu ilə həllinə töhfə verməyə hazır olduğu, İranın nüvə proqramı məsələsinin sülh yolu ilə həllinin tezliklə əldə edilməsini dəstəklədiyi və lazım gələrsə, bu istiqamətdə kömək göstərməyə hazır olduğu bildiriləcək", - mənbələr bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR