Onlayn ictimai-siyasi qəzet
İran tərəfindən dəstəklənən husilərin Səudiyyə Ərəbistanının sərhəd bölgələrinə balistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi zərbələr endirməsindən sonra Ər-Riyad rəhbərliyi təcili addım atıb.
Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanı yaranan ciddi təhlükə ilə əlaqədar Türkiyə və Pakistanın Baş Qərargah rəisləri ilə təcili hərbi məsləhətləşmələrə başlayıb.
Məlumata görə, bu mühüm görüş Məkkə sazişi çərçivəsində təşkil olunur. Danışıqların ana məqsədi sərhəd təhlükəsizliyinin təmin edilməsi, yeni raket və PUA hücumlarının dəf olunması, eləcə də tərəflər arasında birgə hərbi tədbirlərin koordinasiya edilməsidir.
Ər-Riyadın Türkiyə və Pakistan kimi güclü hərbi potensiala malik müttəfiqlərini prosesə cəlb etməsi regionda təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi və husilərin hücumlarına qarşı kollektiv cavab mexanizminin formalaşdırılması addımı kimi qiymətləndirilir.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ